Azərbaycan cüdoçuları Avropa Kata çempionatında iştirak edəcək
İdman

Azərbaycan cüdoçuları Avropa Kata çempionatında iştirak edəcək

Azərbaycan cüdoçuları 10-11 iyunda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa Kata çempionatında iştirak edəcək.

Bu barədə"Respublika"ya Azərbaycan Cüdo Federasiyasından bildirilib.

İyirmi ölkədən 306 idmançının iştirak edəcəyi yarışda Azərbaycan böyüklər arasımda 6 idmançı ilə təmsil olunacaq. Cüdoçular “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Kata çempionatının ilkin yarışları 10 iyunda başlayacaq, finallar isə 11 iyunda keçiriləcək.