Avropa çempionatlarında ən çox xal toplayan milli komandalar bəlli olub
İdman

Avropa çempionatlarında ən çox xal toplayan milli komandalar bəlli olub

Futbol üzrə Avropa çempionatlarının final mərhələsində indiyədək ən çox xal toplayan milli komanda bəlli olub.

"Respublika" xəbər verir ki, 20 kollektivin yer aldığı siyahıya Almaniya millisi başçılıq edir. 1960-cı ildən bəri qitə çempionatlarında 53 matç keçirən yığmanın aktivində 94 xal var.

Son Avropa çempionu İtaliya 45 görüşdə 81 xalla ikinci, Avro-2024-ün favoritlərindən hesab edilən İspaniya seçməsi isə 46 oyunda 78 xalla üçüncü pillədə qərarlaşıb.