Arzular reallığa çevrilib
Siyasət

Arzular reallığa çevrilib

2022-ci il mayın 27- Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub

Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrindən biri yaşayış məskənlərimizdə bərpa-yenidənqurma işlərinə dərhal başlamaq idi. Bunun üçün güclü iqtisadiyyatın olması başlıca şərtlərdən biridir.

Erməni separatçıları 30 il ərzində yurd-yuvalarımızı işğal altında saxlamaqla yanaşı, həm bu torpaqlarda soyğunçuluq talanla məşğul olmuş, hər şeyi yararsız hala salmışdırBu səbəbdən Laçın, Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli Qubadlının kənd şəhərləri dövlət başçısının tapşırığı ilə demək olar ki, yenidən qurulur. Necə ki, qısa zaman kəsiyində düşmən üzərində dünyanı heyrətə salan qələbə qazanmışdıqsa, eləcə həmin sürətlə üç ildən az bir müddət keçməsinə baxmayaraq, Böyük Qayıdış Konsepsiyası çərçivəsində keçmiş məcburi köçkünlərimizin bir qismi el-obalarına geri qaytarılmışdır. Ölkə başçısı İlham Əliyev hər zaman bildirmişdir ki, dövlət xərclərinin əsas istiqaməti bu sahəyə Qarabağın Şərqi Zəngəzurun yenidən dirçəlməsi üçün ayrılacaqdır.

2022-ci il mayın 27- Azərbaycan tarixi üçün daha bir əlamətdar hadisə baş vermişdir. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etmişdir.  1993- ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilan rayonu ona daxil olan kəndlər 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuşdurZəngilan rayonunun inzibati ərazisinə aid olan Ağalı kəndi "Ağıllı kənd" layihəsi çərçivəsində yerli xarici şirkətlərin fəaliyyəti sayəsində dünyanın müasir standartlarına cavab verən yaşayış məskəni kimi qurulmuşdurBöyük Qayıdış Konsepasiyasına da  məhz ilk dəfə  burada başlanılıb.

2022-ci ildə Müstəqillik Günü ərəfəsində belə bir mötəbər layihənin açılış mərasiminin baş tutması təqdirəlayiq hal kimi yaddaşlarda qalıb. Prezident İlham Əliyev kənd sakinləri ilə görüşündə bu məsələyə diqqət çəkərək bildirmişdi: "Əziz dostlar, ilk növbədə, sizi qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edirəm. Sizə bütün Azərbaycan xalqına daim rifah, xoşbəxtlik arzulayıram. Müstəqillik Günü ərəfəsində biz sizinlə görüşürük, Ağalı kəndində, dirçələn Ağalı kəndində. Bunun çox böyük rəmzi mənası var. Çünki Ağalı kəndinin yenidən qurulması belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır xalqımızın xoşbəxtliyi üçün əsas amildir".

Prezident İlham Əliyev Ağalı kəndində xalqa müraciətində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ərəfədə ermənilərin təcavüzkar əməllərindən söhbət açmışdır. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra yenidən torpaqlarımıza hücum edən ermənilər ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər 20 faiz torpağımızı işğal etmiş, 1 milyondan çox soydaşımızı doğma dədə-baba torpaqlarından qovmuşdu. Həmin dövrdə işğalın genişlənməsinin qarşısını almaq məqsədilə ulu öndərin təşəbbüsü ilə atəşkəs əldə edilmişdi. Bu addım Milli Ordumuzun güclənməsi üçün xeyli faydalı olmuşdur. Bunun nəticəsində Ali Baş Komandanın rəhbərliyi ilə 30 ildən sonra rəşadətli ordumuz möhtəşəm Zəfər əldə etmişdir. Bir vaxtlar iqtisadi gücünə görə MDB məkanında ən geridə olan Azərbaycan hazırda Cənubi Qafqazda lider dövlətə çevrilib. Prezident İlham Əliyevin Qarabağ məsələsində əldə etdiyi uğur, ölkəmizin nüfuzunu xeyli artırmışdır. Vətən müharibəsindəki Zəfərimiz isə Azərbaycanın adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırıb.

"Ağıllı texnologiyalar" ilə salınan kənddə yaşamaq üçün zəruri olan məktəb, tibb məntəqəsi, məşğulluq, sosial digər xidmətlər fəaliyyət göstərir. 200 evdən ibarət olan kənd əhalisinin çox olması nəzərə alınaraq dövlət başçısının tapşırığı ilə sonra da  əlavə olaraq 150 mənzilin inşası nəzərdə tutulmuşduKənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb. Ağalı kəndində fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzində "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərir. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışını təmin etməkdir. Kənd ilə tanışlıq zamanı Prezident İlham Əliyev birinci xanıma məlumat verilmişdir ki, "Ağıllı kənd" üçün "ağıllı həllər" nəzərdə tutulub. Burada da əsas məqsəd istismar xərclərinin azalmasından, yaşayış səviyyəsinin isə yüksəldilməsindən ibarətdir. Əsas məsələ yüksəksürətli internetdir. Dövlət başçısı birinci xanım "Gillmed" tikiş fabriki, ailə sağlamlıq mərkəzi, uşaq bağçası, kənd orta məktəbi, "Kapital Bank"ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq bitki mühafizə idarələri digər ictimai iaşə obyektləri ilə tanış olmuşdular. 1508 nəfər Ağalı sakini işğal ərəfəsində Azərbaycanın müxtəlif regionlarında yaşayırdı. Birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3- Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılıb. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" alternativ enerji sahələridir.

Bir vaxtlar arzu xəyala dönmüş bu işlər artıq reallığa çevrilibİşğaldan azad olunmuş digər rayon, kənd  şəhərlərimizdə sürətlə bərpa-yenidənqurma işləri həyata keçirilir. Onlar da Ağalı Talış kəndləri kimi öz sakinlərinin yolunu gözləyir.

M.BAĞIRLI,

"Respublika".