Araz çayında batan 2 nəfərdən birinin meyiti tapılıb
Gündəm

Araz çayında batan 2 nəfərdən birinin meyiti tapılıb

Araz çayında batan 2 nəfərdən birinin meyiti tapılıb.

"Respublika" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan 2 nəfərdən birinin meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Digər şəxsin axtarışları isə davam etdirilir.