Aprelin 28-də Azərbaycanda COVID-19 əleyhinə 248 doza vaksin vurulub
Səhiyyə

Aprelin 28-də Azərbaycanda COVID-19 əleyhinə 248 doza vaksin vurulub

Aprelin 28- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 248 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 128, ikinci doza vaksinlərin sayı 86, üç daha çox doza vaksinlərin sayı 29, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 5-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 960 min 299, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 593, ikinci mərhələ üzrə 4 milyon 880 min 835, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 727, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 144-dür.           

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 49 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 834 nəfər müalicə olunaraq sağalıb, 10 min 238 nəfər vəfat edib. Aktiv xəstə sayı 244 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1081, indiyə qədər isə ümumilikdə 7 milyon 588 min 338 test icra olunub.