Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 176 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 176 doza vaksin vurulub

Aprelin 8- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 176 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 107, ikinci doza vaksinlərin sayı 19, üç daha çox doza vaksinlərin sayı 44, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 6-dır.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 957 min 314, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 408 min 824, ikinci mərhələ üzrə 4 milyon 880 min 193, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 273, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 24-dür.             

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 71 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 71 yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 830 min 301 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 608 nəfər müalicə olunaraq sağalıb, 10 min 197 nəfər vəfat edib. Aktiv xəstə sayı 496 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1035, indiyə qədər isə ümumilikdə 7 milyon 567 min 527 test icra olunub.