ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 34 partlamamış hərbi sursat aşkarlanıb
Gündəm

ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 34 partlamamış hərbi sursat aşkarlanıb

Sentyabrın 11-dən 17-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 195,7 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.

"Respublika" xəbər verir ki, bu barədə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.

Məlumata əsasən, Tərtər, Ağdam, Laçın, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 11 piyada əleyhinə, 8 tank əleyhinə mina və 34 partlamamış hərbi sursat aşkarlanıb.