ABŞ-da məktəbə silahlı basqın olub
Dünya xəbərləri

ABŞ-da məktəbə silahlı basqın olub

ABŞ-nin Ayova ştatında məktəbdə atışma baş verib.

"Respublika" xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumatda ən azı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı qeyd edilib. Araşdırma üçün hadisə yerinə FTB agenti gəlib.

Daha sonra məktəbdə atışmanı törədən şəxsi öldüyü məlum olub. Ehtimal edilir ki, bu şəxs yerli tələbələrdən biridir. Onun intihar etdiyi bildirilir.

Xatırladaq ki, hadisə 1700-ə yaxın şagirdin təhsil aldığı məktəbdə cümə axşamı 2024-cü ilin ilk dərs günü baş verib.

Nəzrin ELDARQIZI,

"Respublika".