II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb
Dünya xəbərləri

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb.

"Respublika" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb. Heykəlin parçası "EgyptAir"in xüsusi reysi ilə çatdırılıb.