Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Mir24.tv": May ayında Azərbaycana səfər etmək üçün 5 səbəb

"Mir24.tv" yazır ki, Azərbaycana turist axını demək olar ki, 40 faiz artıb. Məqalədə qeyd olunur ki, İçərişəhərin qədim yaşayış massivi Bakının ürəyidir. Şəhərin tarixi binaları, məşhur milli mətbəxi, eləcə də maraqlı gəzməli yerləri var. Aktiv istirahəti sevənlər isə dağ-xizək kurortuna üstünlük verirlər. Qar olmasa belə, burada çoxlu əyləncələr var. Azərbaycanın roller sahil gəmisi üçün həmişə uzun növbə olur. Bildirilir ki, Azərbaycanda, həmçinin ATV-lərə (əyləncə maşınlarına) minə, özünüzü, hətta ziplayn ilə uçuruma ata bilərsiniz. Naftalan isə insanların neftlə müalicə olunduğu kiçik bir kurort şəhəridir.

"The Guardian": Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəsə dəvət edə bilər

Böyük Britaniyanın məşhur "The Guardian" qəzeti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi barədə məlumat yayımlayıb. Məlumatda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Observer" qəzetinə müsahibəsi işıqlandırılıb. Prezidentin köməkçisi qeyd edib ki, iqlim dəyişmələrinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək: "Biz sülh gündəmini irəli aparmaq üçün çalışırıq. İqlim böhranı, ehtimal ki, ərzaq və su çatışmazlığını kəskinləşdirəcək, miqrasiyanı yüksəldə, dövlətlərə təzyiqi artıra və potensial olaraq sərhəd problemlərinə səbəb ola bilər".

"İnterfax": Azərbaycan və Türkiyə XİN başçıları Bakı-İrəvan sülh prosesində irəliləyişi müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan şənbə günü Qambiyada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti çərçivəsində görüşüblər.

Bu barədə "İnterfax" xəbər saytı məlumat yayıb. Tərəflər ikitərəfli gündəliyi müzakirə ediblər və əlaqələrin genişləndirilməsində xarici işlər nazirlikləri və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya arasında siyasi məsləhətləşmələrin rolunu qeyd ediblər. Şərq və Qərb arasında yükdaşımaları artırmaq üçün bir vasitə kimi Orta Dəhlizin inkişafı gündəliyin digər bəndi idi.

"Vestnik Kavkaza": Azərbaycanın ən böyük arenası dünyanın ən yaxşı stadionları siyahısındadır

Nüfuzlu "FourFourTwo" nəşri dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini yeniləyib.

"Vestnik Kavkaza" xəbər verir ki, 100 arenanın yer aldığı siyahıda Azərbaycanda yerləşən Bakı Olimpiya Stadionu da var. 2015-ci ildə istifadəyə verilən bu arena 41-ci pillədə qərarlaşıb.

Siyahıya Argentinada yerləşən "La Bombonera" stadionu başçılıq edir. İkinci sırada Braziliyanın "Marakana" stadionu yer alıb. İlk "üçlüy"ü isə Almaniyanın "Borussiya Dortmund" komandasının matçlarına ev sahibliyi edən "Siqnal İduna Park" tamamlayıb.

Qeyd edək ki, 69 870 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu Azərbaycanın ən böyük arenasıdır.

"The Astana Times": Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu həftə Almatıda görüşəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində görüş mayın 10-da keçiriləcək.

Qazaxıstan mediası xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev ötən ay İrəvana rəsmi səfəri zamanı sülh müqaviləsi danışıqları üçün platforma yaratmağı təklif edib və hər iki ölkə arasında Almatıda danışıqların irəliləyişinə dair razılaşmanı alqışlayıb.

"Respublika".