Cənubi Afrikada mübahisəli turizm sektoru
Dünya xəbərləri

Cənubi Afrikada mübahisəli turizm sektoru

Afrikanın ən böyük şir nüfuzuna ev sahibliyi edən Cənubi Afrika Respublikasında sona çatmaq üçün çalışan əsir aslan sənayesi müzakirə mövzusu olmağa davam edir.

“Respublika” “En son haber”ə istinadən xəbər verir ki, əsir aslan sənayesi Cənubi Afrikanın ən mühüm turizm sektorlarından biridir.

Ölkə daxilində özəl təbiət parklarında və təsərrüfatlarda saxlanılan bu aslanlar ödəniş qarşılığında bölgəyə safari məqsədilə gələn turistlərə sərgilənir. Rəsmi məlumatlara görə, ölkə üzrə 300-dən çox özəl müəssisədə 8000-ə yaxın əsir aslan var. Heyvanlara Qəddarlığın Qarşısının Alınması üzrə Milli Cəmiyyətlər Şurasının (NSPCA) məlumatına görə, əsir şirlər vəhşi təbiətdəkilərdən fərqli növ hesab edilir və ölkədəki ümumi aslan populyasiyasına daxil edilmir. NSPCA-dan əldə edilən məlumata görə, əsir aslanların çoxu saxlandıqları müəssisələrdə çox pis şəraitdə həyatlarını keçirirlər.

Səlahiyyətlilər, qeyri-gigiyenik mühitlərdə qidalanmayan aslanların müxtəlif sağlamlıq problemləri ilə üzləşdiyini və lazımi baytarlıq xidmətinin göstərilmədiyini iddia edirlər. Bunun üçün hökumət müxtəlif strategiyalar üzərində işləyir, xüsusən də sektordan könüllü çıxmağı təşviq edir.

Röya RÜSTƏMLİ,

“Respublika”.