Bloomberg kritik zirvə tarixini açıqladı
Dünya xəbərləri

Bloomberg kritik zirvə tarixini açıqladı

Rusiyanın Ukrayna Kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxmasına imkan verən taxıl sazişini uzatmayacağına dair bəyanatının əks-sədaları davam edir. Ankara və Moskvanın açıqlamalarından sonra Türkiyənin baxışı müqavilənin bərpasına yönəlib. Türkiyənin Qara dəniz taxıl sazişinin dirçəldilməsində oynayacağı rola diqqət çəkən dünya mətbuatı bu hadisəniyə xüsusi önəm verir.

“Respublika” “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, “Bloomberg” Ərdoğan və Putin arasındakı kritik görüşün tarixini açıqlayıb.

Məlumatda qeyd olunub ki, türk rəsmisinin sözlərinə görə, Ərdoğan sentyabrın 8-də Yeni Dehlidə İyirmilər  qrupu sammitində iştirak etmək üçün Hindistana getməzdən əvvəl Rusiyaya gedə bilər.

Musa Bağırlı,

“Respublika”.