ABŞ-da dəhşətli partlayış baş verib- ölənlər var
Dünya xəbərləri

ABŞ-da dəhşətli partlayış baş verib- ölənlər var

ABŞ-ın Pensilvaniya ştatında evdə baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən göndərilib.

Qeyd edilib ki, ətrafdakı bir sıra evlər partlayışdan xəsarət alıb. Hadisənin səbəbi hələ ki, məlum olmasa da, məsələ ilə bağlı araşdırmalar davam edir. 

Töhfə SƏMƏDOVA,

"Respublika".