Yelisey rəhbəri BRİKS sammitinə dəvət edilmədi
Dünya xəbərləri

Yelisey rəhbəri BRİKS sammitinə dəvət edilmədi

Fransa Prezidenti Emmanuel Makron BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının daxil olduğu qrup) sammitində iştirak etmək istəsə də, tədbirə dəvət edilməyib. 

"Respublika" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Xəbərdə bildirilib ki, Cənubi Afrika Prezidenti Siril Ramaposa BRİKS-in sədri kimi 70 ölkənin liderinə dəvət göndərib, lakin nə Fransa, nə ABŞ, nə də Böyük Britaniya liderləri dəvət olunanlar arasında olub. 

Qeyd edək ki, avqustun 22-dən 24-dək Yohannesburqda keçiriləcək BRİKS sammiti Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. Rusiya Prezidenti Vladimir Putin sammitin iclaslarında onlayn formatda iştirak edəcək. 

Jalə QASIMZADƏ, 

"Respublika".