“Real Madrid”in Kilian Mbappeni təqdim edəcəyi tarix müəyyənləşib
İdman

“Real Madrid”in Kilian Mbappeni təqdim edəcəyi tarix müəyyənləşib

İspaniyanın “Real Madrid” komandasının yeni transferi Kilian Mbappe üçün keçirəcəyi təqdimat mərasiminin vaxtı açıqlanıb.

"Respublika" İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı fransalı hücumçu iyulun 16-da “kral klubu” azarkeşlərinin önünə çıxacaq.

Təqdimetmə mərasimi “Real Madrid”in ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda olacaq.