Joze Mourinyonun “Fənərbağça”dakı məvacibi açıqlanıb
İdman

Joze Mourinyonun “Fənərbağça”dakı məvacibi açıqlanıb

Türkiyənin “Fənərbağça” komandasının yeni baş məşqçisi Joze Mourinyonun İstanbul təmsilçisindəki illik məvacibi bəlli olub.

"Respublika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Ali Koç açıqlama verib.

Funksioner bildirib ki, portuqaliyalı mütəxəssis köməkçiləri ilə birlikdə ilinə 12 milyon avro qazanacaq.

Qeyd edək ki, “Fənərbağça” Joze Mourinyo ilə 2 illik müqavilə imzalayıb.