Futbolda çəhrayı kartdan istifadə olunacaq
İdman

Futbolda çəhrayı kartdan istifadə olunacaq

Amerika Kuboku oyunlarında hakimlərə istifadə etmək üçün çəhrayı vərəqələr veriləcək.

"Respublika" xarici mediaya istinadla xəbər verir ki, görüşün baş hakimi bu vərəqəni yalnız məcburiyyət qarşısında qalaraq oyunçu dəyişikliyi edən komandaya göstərəcək.

Belə ki, hər hansısa bir futbolçu beyin travması və ya ciddi zədə alacağı zaman hakim çəhrayı vərəqədən istifadə edərək oyunçunun əvəz edilməsinə icazə verəcək. Bu əvəzləmə komandanın aktivindəki dəyişiklik sayına təsir etməyəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".