Ərdoğan:
Dünya xəbərləri

Ərdoğan: "Şübhəsiz ki, Ukrayna NATO üzvlüyünə layiqdir"

“Şübhəsiz ki, Ukrayna NATO üzvlüyünə layiqdir”.

“Respublika” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski ilə Vahdettin Köşkündəki təkbətək görüşdən sonra keçirilən birgə mətbuat konfransı zamanı bildirib.

Konfransda çıxış edən Prezident Ərdoğan Zelenskini və nümayəndə heyətini İstanbulda qəbul etməkdən məmnun olduğunu bildirib.

Qeyd edək ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər, Rusiya-Ukrayna müharibəsində son hadisələr və iyulun 17-də müddəti başa çatacaq Qara dəniz taxıl sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə edilib.

Nurlan ABDALOV,

“Respublika”.