Hindistan düyü tədarükünə məhdudiyyətlər qoyur
Dünya xəbərləri

Hindistan düyü tədarükünə məhdudiyyətlər qoyur

Hindistan düyü tədarükünə əlavə məhdudiyyətlər qoymaq qərarına gəlib.

"Respublika" “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Hindistanın bu addımı qlobal taxıl tədarükünü daha da azalda bilər.

Məhdudiyyətlərin əsas səbəbi kimi Hindistanın ərzaq təhlükəsizliyi göstərilir.

Hindistan ən böyük düyü ixracatçısı olduğundan dünya bazarlarında bu məhsulun qiymətləri artmağa başlaya bilər.

“Bu addım sayəsində daxili qiymətlər aşağı düşəcək və bu, hökumətə ərzaq inflyasiyasını nəzarətdə saxlamağa kömək edəcək", - Hindistanın Düyü İxracatçıları Assosiasiyasının prezidenti Krişna Rao bildirib.

Hindistan səlahiyyətliləri əlavə etdi ki, yeni qaydadan əvvəl müqavilələri olan ixracatçılara şamil edilmir.