DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSVEÇ TÜRKİYƏYƏ GÖRƏ YENİ QANUN QƏBUL EDİB

İsveçin baş naziri Ulf Kristersson yeni terrorla mübarizə qanunu qəbul etdiklərini ən qısa zamanda NATO-ya üzv olmaq istədiklərini bəyan edib. “Teleqraf.comun verdiyi xəbərə görə, baş nazir NATO üzvlüyünə müraciət prosesinin bir hissəsi olaraq terrorla mübarizədə addımlar atdıqlarını dilə gətirib.

Bununla yanaşı, Ulf Kristersson yeni qanunun tezliklə qüvvəyə minəcəyini deyib: “Yeni qanun bizim daha güclü müttəfiq olduğumuzu sübut etməyə kömək edəcək”.

Baş nazir İsveçin NATO üzvlüyünün 5 həftə sonra alyansın Vilnüsdə keçiriləcək sammitində ciddi qəbul edilməsinin lazım olduğunu vurğulayıb. “Ötənilki sammitdən bəri 29 müttəfiq İsveçin üzvlüyünü ratifikasiya edib. Yalnız Türkiyə Macarıstan qalır. İsveç Türkiyə ilə terrorla mübarizə mövzusunda razılaşma əldə edib”, - deyə Kristersson əlavə edib.

Eyni zamanda, baş nazir yeni terrorla mübarizə qanununda terror təşkilatına qoşulma, onu təbliğ etmə dəstəkləmənin qeyri-qanuni sayılacağını açıqlayıb: “İsveç Türkiyəyə onun milli təhlükəsizliyinə qarşı təhdidlərlə bağlı bu ölkənin yanındadır PKK başda olmaqla bütün terror təşkilatlarını pisləyir”.

 

NATO XİN BAŞÇILARI UKRAYNA KOSOVODAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİR

Ukrayna Kosovodakı vəziyyət NATO ölkələrinin xarici işlər nazirlərinin Osloda keçirilən ikigünlük görüşünün əsas mövzusudur. “Trendagentliyinin məlumatına görə, çərşənbə günü başlayan görüş qeyri-rəsmi xarakter daşıdığı üçün onun proqramının qalan hissəsi rəsmən elan edilməyib.

Verilən xəbərə görə, Brüsseldəki diplomatik mənbələr Avropa mediasının məlumatına əsasən, iştirakçılar, həmçinin alyansın iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq hərbi xərclərin artırılması məsələlərini müzakirə edəcəklər.

Eyni zamanda, “Politicoqəzetinin yazdığına görə, görüşdə, hərbi münaqişə səbəbindən alyansa daxil ola bilməyən Ukraynaya Vilnüs sammitində vəd edilə biləcəyi məsələsi diqqət mərkəzindədir.

Bildirilir ki, görüş zamanı NATO-nun Ukraynaya növbəti hərbi yardımı da müzakirə mövzusudur. 2022-ci ilin fevral ayının sonundan indiyədək alyansın heç bir iclası bu məsələ müzakirə olunmadan keçirilməyib.

 

RUSİYANIN ALMANİYADAKI DÖRD KONSULLUĞU FƏALİYYƏTİNİ DAYANDIRIR

Almaniya hökuməti bu ölkədə fəaliyyət göstərən beş Rusiya konsulluğundan dördünü bağlamaq niyyətindədir. Bu barədəReportagentliyi Almaniya hökumətinin bəyanatına istinadən xəbər verib

Məlumata əsasən, rəsmi Berlin artıq Rusiyanın Almaniyadakı Baş Konsulluğunun ilin sonunadək bağlanmasının zəruriliyi barədə rəsmi Moskvanı məlumatlandırıb.

Bununla yanaşı, qərara görə, Almaniyanın Kalininqrad, Novosibirsk Yekaterinburqdakı konsulluqları da bağlanacaq.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger Rusiyanın Berlindəki bir konsulluğuna səfirliyinə işləməyə icazə verildiyini açıqlayıb.

Mətbuat katibi bu qərarın rəsmi Moskvanın Rusiyada fəaliyyət göstərən Almaniya müəssisələrinin əməkdaşlarının sayının 350 nəfərə qədər endirilməsi qərarına cavab olaraq qəbul edildiyini bildirib.

 

AEBA İRANIN MƏXFİ NÜVƏ OBYEKTLƏRİNDƏ TƏHQİQAT APARIR

İranda fəaliyyət göstərən üç məxfi nüvə təsisatı ilə bağlı təhqiqatlar davam edir. “Reportagentliyinin xəbərinə görə, bunu Atom Enerji üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb.

AEBA rəhbərinin sözlərinə görə, agentliyin İrandakı nüvə proqramının vəziyyəti ilə bağlı hesabatı yaxın günlərdə dərc olunacaq. “İranla bir sıra məsələlər üzərində işləyirik. Biz onların bəziləri üzrə irəliləyiş əldə etsək , bəziləri hələ sual altındadır. Belə demək mümkünsə, çox mürəkkəb problemlər toplusudur. Üç fərqli yerdə vəziyyətə aydınlıq gətirməliyik”, - deyə Rafael Qrossi əlavə edib.

Bununla yanaşı, baş direktor qeyd edib ki, Tehranda imzalanan birgə bəyannaməyə əsasən agentliyin müfəttişlərinin İranda zəruri fəaliyyətlərinin davam etdirməsi ilə bağlı razılıq əldə olunmuşdur bura AEBA-nın əlavə monitorinq imkanlarına sahib olmaq məsələsi daxildir.

 

CON KİRBİ: RUSİYA ƏRAZİLƏRİNƏ EDİLƏN HÜCUMLARI DƏSTƏKLƏMİRİK

Cozef Bayden administrasiyası Ukraynaya açıq şəkildə, həmçinin ayrılıqda Rusiya ərazilərinə hücumları dəstəkləmədiyini bildirib. “CNNtelekanalının verdiyi xəbərə görə, bu barədə Evin strateji kommunikasiyalar üzrə kordinatoru Con Kirbi Moskvaya edilmiş dron hücumlarına münasibət bildirərkən qeyd edib.

Biz Ukrayna təfərinə ölkə ərazisini müdafiə etmələri üçün lazım olanları verməyə davam edirik, lakin biz Rusiyanın daxilinə hücumları dəstəkləmirik. Biz onları Rusiyanın daxilinə hücumları mümkün etmək ya buna cəsarətləndirmək istəmirik, çünki biz müharibənin daha da eskalasiyasını istəmirik”, - deyə Ev rəsmisi vurğulayıb.

Eyni zamanda, Con Kirbi Ukraynanın dron hücumlarının arxasında olub-olmaması ilə bağlı məlumat olmadığını, ABŞ-ın hələ baş verənləri anlamağa çalışdığını əlavə edib.

Con Kirbi həmçinin Ukrayna rəsmil

əri tərəfindən ABŞ hərbi vasitələrindən Rusiyanın daxilinə zərbə endirmək üçün istifadə edilməyəcəyi təminatı verildiyini xatırladıb.

 

İRAN-ƏFQANISTAN SƏRHƏDİNDƏ VƏZİYYƏT STABİLLƏŞİB

İran Əfqanıstan dövlət sərhədində vəziyyət stabilləşib. “Tasnimxəbər agentliyinin məlumatına görə, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi bildirib. Nazirin sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yaranan insidentə görə sərhəddə baş verən toqquşmalar dayanıb, İran Əfqanıstan sərhədində vəziyyət normallaşıb.

Bununla yanaşı, nazir ölkə sərhədindəki insidenti şərh edərkən qeyd edib ki, vəziyyətin gərginləşməsinin bir neçə səbəbi var. Bunlardan ən əsası bir sıra dövlət məmurlarının səriştəsizliyi əfqan sərhədçilərinin peşəkarlığının aşağı səviyyədə olmasıdır.

Eyni zamanda, İranlı nazir Əfqanıstan rəsmilərinə ehtiyatlı olmağı, əfqan sərhədçilərini gərginlik yaratmamaq barədə xəbərdar etməyi tövsiyə edib.

Xatırladaq ki, son günlərdə Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində İran sərhədçiləri iləTalibanqüvvələri arasında toqquşmalar baş verib. İran mətbuatının yaydığı xəbərə əsasən, qarşıdurma zamanı bir iranlı sərhədçi həlak olub.

 

ALİMDƏN QARA DƏNİZLƏ BAĞLI XƏBƏRDARLIQ

Türkiyəli alim, geoloq Osman Bektaş Qara dəniz yaxınlığında yaşayan hər kəsi gözləyən təhlükədən danışıb. Bu barədəReportagentliyinin məlumatında qeyd olunur.

Alim hesab edir ki, dənizin məhv olmasının qarşısını almaq ya bunu dayandırmaq mümkün deyil. O qeyd edib ki, qlobal istiləşmə onun strukturuna təsir edir.

Osman Bektaşın sözlərinə görə, Qara dəniz üç qatdan ibarətdir. Onun dibində zəhərli qazlar mövcuddur ortada temperaturun səkkiz dərəcədən yüksək olmayan ara təbəqəsi var. Məhz o, kondisioner rolunu oynayır yuxarıda oksigenlə zəngin, balıq digər dəniz canlıları yaşayır.

Eyni zamanda, Osman Bektaş qlobal istiləşmə səbəbiylə ortaqoruyucutəbəqənin incəlməyə başladığını açıqlayıb.

Zəhərli qazlarla zəngin olan alt təbəqə gələcəkdə üst təbəqə ilə qarışacaq dənizə yaxın yaşayanları təhdid edəcək. Artıq bunu düzəltmək mümkün deyil”, - deyə Türkiyəli alim vurğulayıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.