Çanaqqalanın Umurbey qəsəbəsi güclü yağış səbəbindən su altında qalıb
Dünya xəbərləri

Çanaqqalanın Umurbey qəsəbəsi güclü yağış səbəbindən su altında qalıb

Türkiyənin Çanaqqala şəhərinin bəzi qəsəbə və kəndləri güclü yağış səbəbindən su altında qalıb.

"Respublika" Anadolu agentliyinə istinadla xəbər verir ki, Çanaqqalada yağan güclü yağış nəticəsində Lapseki rayonunun Umurbey qəsəbəsinin sahil ərazisini su basıb.

Dünən günorta saatlarından etibarən aramsız olaraq davam edən leysan şəhər mərkəzi, eləcə də bəzi rayon, qəsəbə və kəndlərə zərər vurub.