İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə təxirə salınıb
Dünya xəbərləri

İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə təxirə salınıb

Macarıstan Parlamentinin 3/2 səs çoxluğunu təşkil edən hakim partiyanın deputatları növbədənkənar iclasa qatılmayıb.

"Respublika" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, iclasda çıxış edən müxalif deputatlar iqtidar partiyasının üzvlərini iclasa gəlməmələrinə görə tənqid ediblər.

Ötən həftə Macarıstan İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı Türkiyənin qərarını dəstəkləyəcəyini bildirib. Xarici işlər naziri Peter Szijjarto Budapeştdə keçirdiyi mətbuat konfransında bildirib: "Əgər (Türkiyənin mövqeyində) dəyişiklik olarsa, o zaman əlbəttə ki, Macarıstanın üzvlük məsələsində heç bir ölkəni geridə qoymayacağı vədini tutacağıq".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında keçiriləcək NATO sammiti ərəfəsində Litvanın paytaxtı Vilnüsdə NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristersson ilə üçtərəfli görüşdən sonra İsveçin NATO-ya üzv olmaq istəyini parlamentə göndərməyə razılaşıb. 

Töhfə SƏMƏDOVA,

“Respublika”.