Konstitusiya Məhkəməsi Palatasının iclasında prokurorluğun sorğusuna baxılıb
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Palatasının iclasında prokurorluğun sorğusuna baxılıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının yanvarın 10-da növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü və 236-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

 Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 8-nə təyin edilmiş iclasında baxılacaq.