Yeni tikilən hava limanları ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq
Digər xəbərlər

Yeni tikilən hava limanları ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq

Müstəqilliyimiz möhkəmləndikcə, ölkəmizin iqtisadi qüdrəti artdıqca, bütün sahələrdə olduğu kimi, Azərbaycan Hava Yolları da beynəlxalq standartlara uyğun olaraq yenidən qurulur, mülki aviasiyamız ildən-ilə yeni inkişaf mərhələsinə qədəm qoyur.

Milli Mülki Aviasiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinin təməli hələ ötən əsrin 70-ci illərdə Heydər Əliyev tərəfindən qoyulmuş, həmin illərdə bu istiqamətdə çox mühüm işlər, layihələr həyata keçirilmişdir. Ulu öndər bu missiyanı ikinci dəfə hakimiyyətə gəlişindən sonra da davam etdirmiş, 1996- ildə milli aviasiya kompleksi köklü, əsaslı şəkildə dəyişdirilmiş, qlobal layihələr, proqramlar reallaşdırılmış, kompleksi dünya standartları səviyyəsinə çatdırmaq üçün çox böyük layihələr gerçəkləşdirilmişdir.

Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin Prezident seçilməsi ilə müstəqil Azərbaycanın hava nəqliyyatı da sürətlə uğurla inkişaf etməyə başladı.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən 2004-2008-ci illərAzərbaycan Hava YollarıDövlət Konserni üçün əsl quruculuq dövrü olmuşdu. Belə ki, 1974- ildə tikintisinə başlanılmış, ilk uçuşu isə 1976- ildə həyata keçirilən Naxçıvan Hava Limanı 2004- ildə beynəlxalq status almışdır. 2006- ildə ölkənin 2-ci şəhəri olan Gəncə Hava Limanı yenidən qurulmuş, 2008-ci ildə Zaqatala Lənkəran hava limanları istifadəyə verilmiş, 2011-ci ildə Qəbələ beynəlxalq aeroportunun açılışı olmuşdur.

1999-cu ildə Bakıda yeni beynəlxalq sərnişin terminalı açılmış, 2004- ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Bakıdakı hava limanının adı dəyişdirilərək Heydər Əliyev adına Beynəlxalq Hava Limanı adlandırılmışdır. 2005-ci ilin martında Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni yük terminalı istifadəyə verildi. Mülki Aviasiyanın tarixində böyük əlamətdar hadisə olan yük terminalının açılış mərasimində çıxış edən ölkə başçısı İlham Əliyev demişdir: “Bu gözəl terminal bütün dünya standartlarına cavab verir Azərbaycan üçün, Azərbaycanın gələcək inkişafı üçün çox mühüm rol oynayacaqdır”. 2014- ildə isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi istifadəyə verilmişdir.

Heydər Əliyev Beynəlxalq Hava Limanı bölgədə sərnişin yükdaşınması, uçuş enişlərin sayına, aerovağzal kompleksinin yük terminalının tutumuna görə ən böyük hava limanıdır. Bu baxımdan bölgədə MDB ölkələri arasında ən yaxşı hava limanı hesab olunan Heydər Əliyev Beynəlxalq Hava Limanı dəfələrlə Britaniyanın məşhur Skytrax kompaniyası tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif kateqoriyalar üzrə təltif olunmuşdur. “Azərbaycan Hava YollarıQSC bu gün dünyanın demək olar ki, hər tərəfinə uçuşlarının sayını artırmaqla yanaşı, respublika ərazisində sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərən hava limanlarının sayını da artırır. Artıq Azərbaycanda ölkə başçısı cənab Prezident İlham Əliyevin göstərişi ilə 3 hava limanının tikintisi aparılır.

İşğal edilmiş ərazilərimizdə hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olmuş, həmin ərazilərdəki mülki aviasiya infrastrukturu ciddi şəkildə zərər çəkmiş tamamilə dağıdılmışdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində işğaldan azad olunmuş torpaqlarımızda bu gün böyük qayıdışımızı təmin edən möhtəşəm quruculuq işlərinin həyata keçirilməsi üçün yeni layihələrin əsası qoyulur. O cümlədən beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə Ermənistanın işğalından azad olunmuş ərazilərdə aeronaviqasiya təminatının bərpası üzrə işlər aparılır.

Torpaqlarımız işğaldan azad edildikdən sonra, bu ilin əvvəlində ölkə başçımız İlham Əliyev Füzuli şəhərində sayca 7-ci beynəlxalq hava limanının tikintisi barədə sərəncam imzalamış, gələcək hava limanının təməlqoyma mərasimi həmin il yanvar ayının 14- baş tutmuşdur. İnşasıAzVirtMMC- həvalə olunan, köhnə aeroportun yerində tikiləcək, tikintisinə yanvar ayında başlanılmış hava limanında tikinti işləri sürətlə aparılır. Füzuli şəhərinin işğalından öncə şəhərdə mövcud olan yerli əhəmiyyətli hava limanının uçuş zolağı 1600 metr olmuşdur. Hazırda tikilən beynəlxalq hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacağı nəzərdə tutulur. Perronun ölçüləri 60 min kvadratmetrdir ki, bu da 8 ədəd A-320 tipli təyyarənin yerləşməsinə imkan verəcək. Perronda həm 170 avtomobillik dayanacaq da tikilir. Təyyarələrin enişi iki tərəfdən təmin olunacaq hava limanında uçuş-enmə zolağının perronun tikintisində torpaq beton işləri artıq bitmiş, yol geyiminin tikintisi aparılır, yollara asfalt vurulur. Dam örtüyü İtaliyadan, fasad materialları isə Türkiyədən gətirilmiş hava limanında bu il sentyabr ayının 5- birinci sınaq uçuşunun yerinə yetirələcəyi, ilin sonunda isə aerovağzalın tam istifadəyə veriləcəyi planlaşdırılır. Hava limanının tikintisinə ölkə başçısının bölgəyə səfərindən dərhal sonra başlanılmış plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı perronun istifadəyə veriləcəyi planlaşdırılır. Aeroportun tikintisində müasir texnologiyalardan istifadə edilmiş, iki müasir tipli asfalt-beton qurğusu alınmış, həmçinin üç doğrayıcı-çeşidləyici qurğu bir ədəd beton zavod, bir ədəd qarışdırıcı mexaniki qurğu quraşdırılmışdır.

Hava limanının layihəsinə aerovağzal binası, 3000x45 metr ölçüdə uçuş-enmə zolağı, perron, yönəldici yol, uçuş-enmə zolağının işıq siqnal sistemləri, transformator yarımstansiyalarının tikintisi köməkçi binalar daxildir.

Füzulidə hava limanının tikilməsi ölkənin bu bölgəsi ilə rahat operativ əlaqənin saxlanılması, işğaldan azad edilən ərazilərin inkişafı, o cümlədən turizm imkanlarının artması üçün əlverişli şərait yaradacaq. Yaxın gələcəkdə istifadəyə verilməsi baxımından vacib layihələrdən hesab olunan Füzulidə hava limanının inşa edilməsi turistlərin daha sərfəli, qısa yolla birbaşa işğaldan azad edilən ərazilərimizə getməsinə, Şuşa digər şəhərlərimizi ziyarət edə bilmələrinə imkan verəcək. Füzulidə beynəlxalq hava limanının açılması həm Azərbaycanın logistik imkanlarını genişləndirəcək ki, bu da bölgədə iqtisadi əlaqələrin genişlənməsi baxımından vacib amildir.

Bakı, Naxçıvan Türkiyəni birləşdirən yolun üzərində yerləşərəkZəfər yoluna birləşdirilən Füzuli Hava Limanı turist səfərlərini asanlaşdıraraq, yerli xarici turistlər üçün cəlbedici olacaq. İşğaldan azad olunmuş ərazilərimizdə bütün növ, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək Füzuli, Zəngilan Laçın hava limanlarının tikilməsi iqtisadi baxımdan səmərəli olmaqla bərabər, bu rayonların strateji əhəmiyyətini artırır. Qarşıdakı yaxın illərdə Qarabağın inkişafında bu limanların böyük rolu olacağı artıq reallıqdır.

Həm sərnişin, həm beynəlxalq yük daşımaları baxımından Zəngilan rayonunda da hava limanına böyük ehtiyac var idi. Zəngəzur dəhlizinə inteqrasiya olunacaq bu hava limanı həm Şərq-Qərb nəqliyyat dəhlizinə birləşəcək. Füzuli Hava Limanı ilə iqtisadi göstəriciləri demək olar ki, eyni olan Zəngilan Hava Limanının da uzunluğu 3 kilometr, eni 60 metrdir. Uçuş enmə zolağı 60 min kvadratmetr olan hava limanı 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı başqa köməkçi tikililərdən ibarət olacaq. Həm Füzuli, həm Zəngilan hava limanları bir saatda 200 sərnişinə xidmət edə biləcək. Zəngilan Hava Limanının təməlqoyma mərasimində iştirak edən ölkə başçısı bu limanın dövlətimizin gücünün, qüdrətinin əbədi, əzəli torpaqlarımıza böyük qayıdışın bariz nümunəsi olduğunu qeyd edərək deyib: “Azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilibdir. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla gedir. Bu il Füzuli Hava Limanının uçuş-enmə zolağı istismara veriləcəkdir. Beləliklə, biz bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik. Zəngilan rayonunun coğrafi yerləşməsi burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”.

İşğal olunmuş ərazilərimizdə üçüncü hava limanı Laçın rayonunda tikiləcək. Rayon ərazisində aeroportun tikiləcəyi yer artıq müəyyən olunmuşdur.

Bu günAzərbaycan Hava Yollarıdurmadan uçuşlarının sayını artırır, coğrafiyasını genişləndirir. Mülki Aviasiyamız sürətlə inkişaf edir. “Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyəti Aviasiya Təhlükəsizlik İdarəsinin struktur bölmələri təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Görülən işlər, aparılan islahatlar Azərbaycanın Mülki Aviasiyasının uğurlu sabahının göstəricisi qarantı olaraq mülki aviasiyamızın təkcə regional səviyyədə deyil, həm qlobal miqyasda inkişaf etməsinə kömək edəcək. Uzun illər Ermənistan işğalı altında qalan ərazilərdə aeronaviqasiya təminatının bərpa edilməsi mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm qlobal miqyasda da inkişaf etməsinə kömək edəcək.

Şanlı Zəfərimizin, əbədi qayıdışımızın, ölkəmizdə inkişafın, tərəqqinin bir səhifəsi olan, işğal olunmuş ərazilərimizdə tikintisinə başlanılan Zəngilan, Füzuli Laçın hava limanları bölgədə faydalı əməkdaşlığın əsasını qoyaraq mülki aviasiyamızın inkişafına öz töhfəsini verəcəkdir.

Mehparə ƏLİYEVA,

Respublika”.