Zirehli texnika heyətlərinin döyüş vərdişləri təkmilləşdirilir
Digər xəbərlər

Zirehli texnika heyətlərinin döyüş vərdişləri təkmilləşdirilir

Bu ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana əsasən piyadaların döyüş maşınları ekipajları ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Çalışmalarda əsas diqqət sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərinin, eləcə də tuşlayıcı operatorların zirehli texnikadan hərəkətdə və dayanaraq atəşaçma bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Zirehli texnika ekipajları qarşıya qoyulan bütün tapşırıqları uğurla icra ediblər.