XİN: Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi üçün çarter reysləri təşkil ediləcək
Digər xəbərlər

XİN: Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi üçün çarter reysləri təşkil ediləcək

Ukraynadakı vəziyyətlə əlaqədar ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün fevralın 28-də Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisində Türkiyənin "Tailwind" şirkəti vasitəsilə 168 Azərbaycan vətəndaşının, "Azərbaycan Hava Yolları" ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.

AZƏRTAC