Talış kəndində həyat canlanır
Digər xəbərlər

Talış kəndində həyat canlanır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Nəticədə düşmənin hərbi birləşmələri darmadağın edildi. Ermənistanın kapitulyasiya aktına imza atması ölkəmizin qüdrətini bir daha bütün dünyaya göstərdi. Hazırda prioritet məsələlərdən biri işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsidir. Bu baxımdan, dövlətimizin başçısının sözügedən bölgələrə mütəmadi səfərləri mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, artıq düşmən tapdağından azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır. Şübhəsiz, 30 ilə yaxın üzdəniraq düşmənin vəhşiliyinə məruz qalan bütün torpaqlarımızda tezliklə canlanmanın məskunlaşmanın şahidi olacağıq.

İşğaldan azad olunan ərazilər arasında Tərtərin Talış kəndi var. Ölkə başçımızın bu il martın 18- Talış kəndində Azərbaycan xalqına müraciəti zamanı söylədikləri bunu ehtiva edir: "İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz artıq Talış kəndini azad etdik, eyni zamanda, Suqovuşan qəsəbəsini azad etdik. İkinci Qarabağ müharibəsi dövründə o hərbi əməliyyatın çox böyük əhəmiyyəti var idi. Çünki biz öz azadlıq savaşımızı müxtəlif istiqamətlərdə aparırdıq, o cümlədən bu istiqamətdə. Ona görə bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi".

2020-ci ilin 3 oktyabr tarixində azad edilən kənddə aparılan yenidənqurma bərpa işləri təqdirəlayiqdir. Belə ki, əhalinin köçürülməsi üçün həyata keçirilmiş quruculuq işləri ərazinin yenidən canlanmasına mühüm töhfələr vermişdir. Kənddə 10 ədəd qeyri-yaşayış obyekti bərpa olunaraq yenidən qurulmuşdur. 78 nəfərlik 3 mərtəbəli məktəb binası ən son müasir tələblərə cavab verən standartlar əsasında təmir edilmiş, dam örtüyü tamamilə sökülərək yenilənmişdir. Bundan başqa, təhsil ocağının zirzəmisi texniki mərtəbə kimi, 1-ci 2-ci mərtəbələrdə isə sinif otaqları, tibb otağı, müəllimlər otağı s. kimi otaqların fəaliyyəti nəzərdə tutulmuşdur. Məktəbin 3- mərtəbəsində akt zalı kitabxana yerləşir. Tikinti işlərində ən diqqətçəkən məqamlardan biri binanın daxili hissəsinin lazımi texniki xidmət avadanlıqları ilə təchizatıdır. Həyətyanı ərazidə süni ot örtüklü futbol meydançası qurulmuşdur. Klub İcma Mərkəzi əsaslı təmir edilmiş, binanın daxili hissəsi texniki avadanlıqlarla təchiz olunmuşdur. Talış kəndində fəaliyyət göstərən uşaq bağçasının binası da əsaslı təmir edilib. Bağçanın həyətyanı ərazisində uşaqlar üçün rezin örtüklü oyun meydançası 2 ədəd metal konstruksiyalı söhbətgah quraşdırılmışdır. Kənddəki mağaza aptek binasında da mühüm işlər həyata keçirilmişdir. Belə ki, həmin binaların bütün kommunikasiya sistemləri yenidən qurulmuş yanğın siqnalizasiya, rabitə, videomüşahidə sistemləri ilə təchiz edilmişdir.

Təsadüfi deyil ki, bu istiqamətdə işlərin həyata keçirilməsində əsas məram buraya köçürülən əhalinin yüksək rifahını firəvan yaşayışını təmin etməkdir. Qeyd edək ki, Talış kəndinə ilk mərhələdə 90 nəfərdən ibarət 20 ailə köçürülmüş, onların məşğulluq məsələsi diqqət mərkəzində olmuşdur. Belə ki, kəndə köçənlərin bir qismi işlə təmin edilmiş, digər qismi isə əvvəlki yerindəki vəzifəsi bərpa olunmuşdur. Prosesdə ən diqqətçəkən məqamlardan biri köçürülmənin planlı şəkildə həyata keçirilməsidir. Ölkə başçısının müvafiq sərəncamına əsasən hər ailə 12 sot həyətyanı sahə ilə təmin olunub. Bütün bunlar bir daha kənddə yaşayanların heç bir problemlərinin olmayacağını təsdiqləyir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə qayıdış Azərbaycanın 2030-cu ilə qədər milli prioritetindən biri kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin ötən ilin noyabr ayında təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" prosesin əsas yol xəritəsidir. Ölkə başçımızın məqsədyönlü siyasəti uzaqgörənliyi nəticəsində mədəni-tarixi irsimiz qorunmaqla, müasir infrastruktur yaradılmaqla regionumuz tezliklə cənnət guşələrdən birinə çevriləcək. Bundan başqa, sözügedən bölgələrdə həyata keçirilən layihələr əraziləri yaxın müddətdə sülh əməkdaşlıq bölgəsi kimi dünyaya tanıdacaq.

Nurlan ABDALOV,

"Respublika".