Xain AXC-Müsavat cütlüyü ermənilərə Laçın və Şuşanı işğal etməyə imkan yaratdı
Siyasət

Xain AXC-Müsavat cütlüyü ermənilərə Laçın və Şuşanı işğal etməyə imkan yaratdı

Dövlətin idarə olunmasında kiçik bir səhv tarix boyu həmin ölkə üçün taleyüklü iztiraba çevrilə bilir. Azərbaycan xalqı da 1992-ci ildə hakimiyyətə gələn qüvvələrin bağışlanılmaz səhvlərini 30 il boyunca iliyinə kimi hiss etdi əzabını yaşadı.

1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. Vəzifəyə təyinetmə zamanı savad, təhsil, dünyagörüşü əsas götürülmürdü. Rəhbərlik bir qayda olaraq ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət səriştə məsələlərinə önəm verən yox idi. Orduda da vəziyyət gündən-günə ağırlaşırdı, fərarilik halları getdikcə artır, silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmur, özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların maddi mənafenin girovuna çevrilirdi.

AXC-Müsavat hakimiyyətinin Azərbaycan xalqına vurduğu ən böyük zərbə isə Qarabağın itirilməsi, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi oldu. 1991-92-ci illərdə ölkədə hakimiyyəti ələ keçirmək istəyən AXC təmsilçiləri regionlarda olan strukturların fəaliyyətini iflic hala salır, cəbhə bölgələrində döyüşən silahlı dəstələri öz nəzarətləri altına alır, lazımi anda isə həmin dəstələri məhz özlərinin maraqlarına uyğun davranmağa istiqamətləndirirdilər. Bir sıra rayonlarda hakimiyyəti əldə etmək üçün qəsdən qarşıdurmalar yaradırdılar. Şuşanın, Laçının Kəlbəcərin işğal edilməsi birmənalı olaraq AXC-nin hakimiyyətə gəlməsi planının tərkib hissəsi idi. Hakimiyyətə can atan AXC-Müsavat cütlüyü üçün tarixi torpaqlarımızın Ermənistana verilməsi bu çirkin niyyətə çatmaları üçün bir vasitə idi. Onlar çalışırdılar ki, torpaqlarımızın işğalı sürətlənsin, xalq ayağa qalxsın, Bakıda siyasi sabitlik pozulsun. Bununla da onlar öz məqsədlərinə çata bilsinlər. Təsadüfi deyil ki, AXC-Müsavat xəyanətkar cütlüyü məhz Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi. Bu isə daha böyük faciələrə yol açdı. 1993- ilin aprelində Kəlbəcər işğal altına düşdü. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradıldı. AXC-Müsavat cütlüyü tərəfindən Qarabağın ermənilərə verilməsinin isə bir adı var - milli xəyanət.

Amma AXC-Müsavat cütlüyünün xalqın milli maraqlarını qurban verərək ələ keçirdiyi hakimiyyətin ömrü uzun olmadı. 1993- il iyunun 4- Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi hissə ilə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. Məlum hadisə zamanı ümumilikdə 35 nəfər həlak oldu "Gəncə hadisələri" kimi tarixə düşən bu olay AXC-Müsavat hakimiyyətinin iflası ilə nəticələndi.

1993- il iyun ayında artıq Azərbaycan xalqı anladı ki, bu ölkəni xilas edəcək yeganə insan dünyaşöhrətli siyasətçi dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevdir. Məhz ona görə həm xalq, həm o vaxtkı hakimiyyət Heydər Əliyevi təkidlə Azərbaycana rəhbərliyə dəvət edirdi. Ulu öndər bu məsələ ilə bağlı çıxışlarının birində deyirdi: "1993- ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar, belə bir zamanda əlacsız qaldı mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Dahi rəhbərin Bakıya qayıdışı ilə qısa müddətdə silahlı qarşıdurma cəhdlərinə son qoyuldu, ictimai-siyasi sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu. Bu gün həmin inkişaf tərəqqi ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Məhz həmin inkişafın nəticəsidir ki, ölkəmiz qüdrətli dövlətə çevrilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad edilib. Artıq Qarabağımızda böyük bərpa-quruculuq işləri həyata keçirilir. Bütün bunlar isə Azərbaycanın qüdrətindən xəbər verir.

Jalə QASIMZADƏ,

"Respublika".