Ağdamda hər şey məhv edilib. Binalar dağıdılıb. Bura sanki ruhlar şəhəridir.
Bu fikirləri Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfər edən İspaniya Dövlət Radiosunun jurnalisti Viktoriano Paredes Navarro AZƏRTAC-a müsahibəsində deyib.
Belə mənzərənin müharibənin dəhşətindən xəbər verdiyini vurğulayan jurnalist əlavə edib: “Biz dram teatrını və dağıdılmış məscidləri gördük. Burada yerləşən Qiyaslı məscidinin tavanı belə yoxdur. Bu cür mənzərə insana mənfi təsir bağışlayır”.
AZƏRTAC