İsmayıl Serageldin: Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi ildən-ilə genişlənir
MÜSAHİBƏLƏR

İsmayıl Serageldin: Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi ildən-ilə genişlənir

Dünyanın müxtəlif ölkələrindən gələn mötəbər şəxslər Bakıda toplaşaraq dünyanı narahat edən məsələləri müzakirə edir və həll yolları tapmağa çalışırlar.

Bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin AZƏRTAC-a məxsusi müsahibəsində ifadə edib.

Forumun formatlarından biri kimi təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edən İsmail Serageldin deyib: "Dünyamız ağır dövrünü yaşayır və bəşəriyyəti narahat edən problemlər fonunda qarşılıqlı dialoq, müzakirələrin aparılması, fikirlərin öyrənilməsi çox vacibdir. Hər bir ölkə dünyaya öz töhfəsini verməlidir".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, həmçinin Qlobal Bakı Forumunun formatının ildən-ilə dəyişdiyini və mövzularının əhatə dairəsinin genişləndiyini bildirib.