Valter Fust: Miqrantların əksəriyyəti başqa ölkələrə pul qazanmaq üçün gedirlər
MÜSAHİBƏLƏR

Valter Fust: Miqrantların əksəriyyəti başqa ölkələrə pul qazanmaq üçün gedirlər

Münaqişə və müharibələr, çətin dolanışıq şəraiti, iqlim dəyişikliyi miqrasiya edənlərin sayını günü-gündən artırır. Miqrantların əksəriyyəti başqa ölkələrə pul qazanmaq üçün gedirlər. Son illərdə 200 min miqrant öz ölkəsinə qayıdıb. Təbii ki, köçən və geri qayıdanlar arasında çox kəskin fərq var. Statistikaya görə, 3 milyon miqrantın sənədi yoxdur.

Bu fikirləri "Globethics.net" platformasının prezidenti Valter Fust paytaxtımızda təşkil edilən X Qlobal Bakı Forumu çərçivəsində "Miqrasiya qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi" mövzusunda martın 10-da keçirilən panel müzakirədə deyib.

O bildirib ki, Qərbi Avropaya köç edənlərin sayı daha çoxdur. Onun sözlərinə görə, 96 milyon miqrantın 72 faizi Əfqanıstan, Suriya, Ukrayna və başqa ölkələrdən gələnlərdir.

Miqrasiya məsələsinin dünyanın qlobal problemlərindən birinə çevrildiyini bildirən V.Fust bu problemin həllində inteqrasiyanın rolunu xüsusi qeyd edib.