Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 99 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 99 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 99 yoluxma faktı qeydə alınıb, 315 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 min 302 nəfər müalicə olunaraq sağalıb, 9 min 641 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 min 233 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 677, indiyə qədər isə ümumilikdə 6 milyon 651 min 787 test icra olunub.

AZƏRTAC