Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 28 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 28 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 28 yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 90 nəfər müalicə olunaraq sağalıb, 10 min 102 nəfər vəfat edib. Aktiv xəstə sayı 128 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 932, indiyə qədər isə ümumilikdə 7 milyon 511 min 832 test icra olunub.                                  

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 215 doza vaksin vurulub

Fevralın 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 215 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 59, ikinci doza vaksinlərin sayı 57, üç və daha çox doza vaksinlərin sayı 75, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 24-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 946 min 633, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 505, ikinci mərhələ üzrə 4 milyon 878 min 294, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 355, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 479-dur.