Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 59 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 59 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 59 yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 576 nəfər müalicə olunaraq sağalıb, 9 min 719 nəfər vəfat edib. Aktiv xəstə sayı 310 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1870, bu günə qədər isə ümumilikdə 6 milyon 981 min 903 test icra olunub.


İyulun 8-də Azərbaycanda COVID-19 əleyhinə 1576 doza vaksin vurulub

İyulun 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1576 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 386, ikinci doza vaksinlərin sayı 162, üç və daha çox doza vaksinlərin sayı 875, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 153-dÜr.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 780 min 77, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 359 min 89, ikinci mərhələ üzrə 4 milyon 855 min 179, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 315 min 473, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 250 min 336-dır.

AZƏRTAC