Səfirlik: Araik Arutyunyan Moskvaya şəxsi işləri ilə əlaqədar gəlib
Digər xəbərlər

Səfirlik: Araik Arutyunyan Moskvaya şəxsi işləri ilə əlaqədar gəlib

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi özünü "Artsaxın prezidenti" kimi təqdim edən Araik Arutyunyanın Moskvaya "işgüzar səfər" etməsinə və burada Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, səfirliyin əldə etdiyi rəsmi məlumata əsasən, adıçəkilən şəxs Moskvaya şəxsi işləri ilə əlaqədar gəlib və burada bəzi soydaşları ilə görüşüb. O, qısamüddətli səfər zamanı Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməyib.

Səfirlik bir daha qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir.

AZƏRTAC