Sakinlərlə səyyar görüş
Region

Sakinlərlə səyyar görüş

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Spartak” düşərgəsində fəaliyyət göstərən F.Əsədov adına Quycaq kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirdi. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri və rayon sakinləri iştirak etdilər.

Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə keçirilən tədbirdə çıxış edən rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətindən söz açaraq bildirdi ki, bu gün ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində dünyada gedən mürəkkəb proseslərə, iqtisadi böhrana baxmayaraq, Azərbaycan inkişaf edir, ölkəmizdə stabillik və əmin-amanlıq qorunub saxlanılır.

Daha sonra sakinlərin müraciət, təklif və şikayətləri dinlənildi. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verildi və icrası nəzarətə götürüldü.

                                                 Tofiq HÜSEYN,

                                             “Respublika”.