Qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə
Digər xəbərlər

Qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 8 obyekt çıxarılıb. Obyektlərin start icarə qiyməti 14 manatla 43 manat arasında dəyişir. Bu barədə qurumun mətbuat xidmətindən bildirilir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən start qiyməti ucuz olan obyektlərin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir. Budəfəki müsabiqəyə çıxarılan 8 obyekt Şamaxı, Oğuz, Neftçala və Saatlı rayonlarında yerləşir. Təklif olunan qeyri-yaşayış sahələrinin aylıq icarə qiyməti 14,1 manatdan başlayır. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir. 

İcarə üçün təklif olunan obyektlər biznesə başlayanlar, kiçik sahibkarlar üçün olduqca əlverişlidir. Bu kateqoriyadan olan biznes sahibləri əldə edəcəkləri qeyri-yaşayış sahələrində müxtəlif ticarət təyinatlı işləri həyata keçirə bilərlər. Bu obyektlər xidmət (ofis, bərbərxana, gözəllik salonu, məişət əşyalarının təmiri, dərzi və s.), istehsal (yarımfabrikatlar, məhsullun qablaşdırılması, kiçik istehsal avadanlıqları, şirniyyat və un məmulatları, meyvə və tərəvəz emalı sahəsi və s.) sahələri üçün də uyğundur.

Nəriman CAVADOV,

“Respublika”.