Görüşlər “Açıq mikrofon
Digər xəbərlər

Görüşlər “Açıq mikrofon" şəraitində keçirilir

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Həşimxanlı və Moranlı kəndlərinin sakinləri ilə görüşdü. Səyyar görüş-qəbulda hüquq-mühafizə orqanlarının, aidiyyətı idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak etdilər.

Qəbulda çıxış edən rayon rəhbəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasəti nəticəsində rayonda həyata keçirilən abadlıq-quruculuq işləri haqqında məlumat verdi. Ölkəmizdə və o cümlədən rayonda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərilən diqqət və qayğıdan ətraflı danışdı.

"Açıq mikrofon" şəraitində keçən səyyar qəbulda vətəndaşlardan Abuzər İsmayılov, Roman Məmmədzadə, Aslan Mirəliyev və başqaları avtomobil yollarının əsaslı təmiri, sahibkarlıq məqsədi üçün torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı təkliflər irəli sürdülər.

Müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapdı, bəziləri isə araşdırılaraq qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata götürüldü.

Sakinlər göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

 Tofiq HÜSEYN,

 "Respublika".