Qarabağın və Şərqi Zəngəzurun quruculuq modeli
Siyasət

Qarabağın və Şərqi Zəngəzurun quruculuq modeli

"2020-ci ildə Qarabağın Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər birinci mərhələdə 300-dən çox kənd qəsəbə qururuq. Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir misli görünməmiş bir yenidənqurma modelidir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Hazırda Azərbaycan işğaldan azad olunmuş Qarabağ Şərqi Zəngəzurda regenerasiya reinteqrasiya dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğunun əsas istiqamətləri müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür. Ərazi çox böyükdür Qarabağın bərpası dünyada analoqu olmayan, böyük bir meqa layihədir. Sahəsi haradasa Livan qədər olan azad olunan ərazilərdə işlərin hamısı ümumi olaraq əlaqələndirilir. Azərbaycan 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Bütün bu işlərin həcmi bir daha xalq-iqtidar birliyinin sarsılmazlığını gücünü göstərir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Böyük Qayıdış proqramının icrası uğurla davam edir. Böyük Qayıdış proqramına uyğun olaraq artıq növbəti 3 il ərzində Qarabağda Şərqi Zəngəzurda 40 min ailənin məskunlaşması nəzərdə tutulub. Ekspertlər bildirirlər ki, bununla da 2026- ilədək təxminən 160 min vətəndaşımız öz ata-baba yurdlarına qayıda biləcək. Yaşayış məntəqələrinin müasir standartlara uyğun olaraq qurulması, həm infrastrukturun yenilənməsi ondan xəbər verir ki, məcburi köçkünlərimiz gözlənildiyindən daha tez öz ata-baba yurdlarına qayıtmaq imkanı qazanacaqlar. Qarabağda Şərqi Zəngəzurda tətbiq edilən model digər bölgələrimiz üçün nümunə rolunu oynayacaq burada ağıllı kənd şəhər prinsipinə uyğun olaraq idarəetmə formalaşacaq. Postkonflikt dövründə Azərbaycanın quruculuq konsepsiyası nümunəvi model kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. XXI əsrin müharibəsini aparmış Azərbaycanın hərb modelinin dünya miqyasında xüsusi tədqiq olunduğu kimi, postkonflikt dövründə quruculuq təcrübəsinin geniş öyrəniləcəyinə şübhə yoxdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ Şərqi Zəngəzur sıfırdan qurulur. İşğalçı Ermənistanın yerlə-yeksan etdiyi, xarabalığa çevirdiyi, yer üzündən sildiyi şəhərlər, kəndlər, qəsəbələr yenidən tikilir. Ancaq mina problemi insan həyatı üçün təhlükə olaraq qalır. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. Minalarla kütləvi şəkildə çirklənmə bu ərazilərdə geniş bərpa yenidənqurma planlarının həyata keçirilməsinə ciddi maneələr yarada bilmir. Azad edilmiş ərazilərdə ən müasir infrastruktur yaradılır, elektrik stansiyaları inşa edilir. Yüz kilometrlərlə yollar, su, işıq, qaz digər kommunikasiya xətləri çəkilir. Yaşayış məntəqələri müasir konsepsiyalar əsasında qurulur, modern beynəlxalq hava limanları inşa edilir, dini-mədəni abidələrin yenidən bərpası da eyni templə aparılır xalqımızın milli-mənəvi dəyərlərinə sahib çıxılır. Yeni tərəfdaşlıq əlaqələri formalaşdırılır. Bütün bunlar Azərbaycanın həm sosial-iqtisadi inkişafına, həm regionda mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu proses hazırda da geniş miqyas alır. Bütün bunlar əlbəttə ki, böyük siyasi iradə, qətiyyət iqtisadi güc tələb edir.

Azərbaycan dünya təcrübəsi nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində qarşıya çıxan məsələləri müəyyən ardıcıllıqla, sistemli şəkildə həll edir. Birinci mərhələdə idarəetmə təhlükəsizlik məsələləri - ərazilərin minalardan partlamamış sursatlardan təmizlənməsi, dövlət sərhədi üzrə nəzarətin təşkili, dövlət qurumlarının fəaliyyətinin bərpası təmin edilir. İkinci mərhələdə baza infrastrukturunun yaradılması məsələləri - magistral nəqliyyat mühəndis kommunikasiyalarının, meliorasiya sistemlərinin baş qurğularının tikintisi təmin olunur. Üçüncü mərhələyə sosial məsələlər - yaşayış evləri, təhsil səhiyyə müəssisələri, mədəni-məişət xidməti obyektlərinin tikilməsi daxildir. Dördüncü mərhələ isə genişmiqyaslı iqtisadi məsələlər - məcburi köçkünlərin repatriasiyası prosesi ilə paralel yerlərinin yaradılmasını iqtisadi fəaliyyət obyektlərinin istifadəyə verilməsini nəzərdə tutur.

İğaldan azad olunmuş bütün ərazilərin ümumi planının qısa müddət ərzində hazırlanması təmin olunub. Ağdam bir çox digər şəhər kəndlərin Baş planlarının hazırlanması artıq başa çatdırılıb, yüzlərlə yaşayış məntəqələrinin layihələndirilməsi isə davam etdirilir. Baş planların hazırlanması zamanı müasir "ağıllı şəhər" yanaşmaları, "yaşıl enerji" təmiz ətraf mühit, sənaye kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması digər bu kimi məsələlər prioritet götürülüb. Azərbaycanın uzunmüddətli inklüziv inkişaf modelinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə müasir istehsal infrastrukturunun yaradılması, müasir texnologiyaların tətbiqinə yönəlmiş investisiyaların cəlb edilməsi, bölgənin potensialının effektiv reallaşdırılması əsas hədəfdir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında bu məsələlərə xüsusi diqqət yetirilir.

Qarabağda Şərqi Zəngəzurda yenidənqurma layihələrinin ölkəmiz üçün ən prioritet sahələrdən biri olduğunu, Şərq-Qərb nəqliyyat dəhlizinin, rəqəmsal transformasiya bərpaolunan enerji sahələrinin ölkəmizin iqtisadi inkişafında mühüm yer tutduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, bütün bunlarla bağlı həyata keçirdiyimiz layihələrə xeyli sayda tərəfdaş investor cəlb edilib ediləcək. Belə ki, Azərbaycanın uğurlu coğrafi mövqedə yerləşməsi yaradılan əlverişli biznes mühiti, zəngin iqtisadi potensialımız gələcək əməkdaşlıq inkişaf prosesləri üçün yaxşı zəmin yaradır. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Türkdilli xalqları təmsil edən dövlətlər işğaldan azad edilmiş Qarabağda bərpa-quruculuq işlərində Azərbaycana dəstək verirlər. Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur. Əməkdaşlıq əlaqələri daha da şaxələnir. Ötən dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır. Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş çoxşaxəli əməkdaşlıq imkanlarının formalaşdırılması deməkdir. Bir sözlə, postkonflikt dövründə Azərbaycanın quruculuq modeli məqsədyönlü siyasəti regionu işbirliyi inteqrasiya məkanına çevirir.

Qarabağda Şərqi Zəngəzurda aparılan genişmiqyaslı sürətli tikinti-quruculuq işləri Azərbaycan dövlətinin gücünün potensialının göstəricisidir. Qalib ölkəmiz öz ərazilərini işğaldan azad etdiyi kimi, həmin əraziləri yenidən quraraq dünyanın ən gözəl guşələrindən birinə çevirməyi qarşısına məqsəd qoyub bu istiqamətdə inamla irəliləyir. Dünyada baş verən iqtisadi geriləmələr fonunda Azərbaycanda heç bir layihə təxirə salınmır, nəzərdə tutulan bütün planlar icra olunur. Tikinti-quruculuq işləri, infrastruktur layihələri təkcə Qarabağda deyil, paralel olaraq bütün ölkə boyu həyata keçirilir. Azərbaycanı fərqləndirən, dünyada önə çıxaran da bu amillərdir.

Mustafa KAMAL,

"Respublika".