Qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb
Digər xəbərlər

Qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Respublika-news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1  may 2023-cü il tarixində  verilən məlumata görə,  Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər  nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd "Toz" markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.

Nəzrin CAVADZADƏ.