Pusquda dayanan təhlükəli düşmən
Digər xəbərlər

Pusquda dayanan təhlükəli düşmən

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər haqqında qocaman tarixin səhifələrində kifayət qədər tutarlı dəlillər faktlar var. Həmin faktlara hadisələrə nəzər salanda bir daha aydın olur ki, Ermənistan terroru, təxribatı, hərbi təcavüzü, qanlı cinayətləri dövlət siyasətinə çevirib. Həyat göstərir ki, erməniyə etibar etmək, onun sözünə inanmaq olmaz, erməni pusquda dayanan təhlükəli düşməndir. Ermənistan terrorçu dövlət, körpə qatili, işğalçıdır, havadarlarına erməni lobbisinə arxalanaraq illərlə qonşu kimi yaşadıqları Azərbaycana qarşı xəyanət edir.

30 il ərzində işğalda saxladıqları Ağdam, Füzuli, Cəbrayıl şəhərlərini yer üzündən silən, yüzlərlə kəndi xarabalığa çevirən, qatı nifrət ruhunda azərbaycanlıların evlərini, tarixi, mədəni dini abidələrini dağıdaraq məhv edən, minlərlə dinc azərbaycanlını, qadınları, qocaları, uşaqları qətlə yetirən, Xocalıda soyqırımı törədən, əsir girovlara dözülməz işgəncələr verən Ermənistan rejiminin tarixi belə qara ləkələrlə doludur. Son hadisələr törətdikləri xain təxribat onu göstərir ki, Ermənistan iqtidarı İkinci Qarabağ müharibəsində aldıqları ağır zərbələri unudaraq revanşizmə, gərginlik yaratmağa bir daha cəhd edir.

Müdafiə Nazirliyinin operativ məlumatına görə aprelin 11- saat 16:00 radələrində Laçın istiqamətində təxminən 80 nəfər erməni hərbçi mövqelərimizə yaxınlaşaraq müdafiə mövqeləri səngər inşa etməyə hazırlaşıb. Silahlı Qüvvələrimizin həmin istiqamətdəki bölmələrinin əsgərləri onlardan geri çəkilməyi tələb edəndə ermənilər qəflətən atəşə başlayıblar. Mövqelərimiz avtomat silahlardan, pulemyotlardan, qumbaraatanlardan minaatanlardan atəşə tutulub. Döyüş başlayıb Ermənistan ordusu ilk dəfə olaraq İranda istehsal edilmiş zərbə PUA-larından istifadə edərək mövqelərimizi hədəfə alıb. İlkin məlumatlara görə, düşmənin itkiləri çoxdur. Yaralılar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gezalyan da var. Döyüşlər Dığ kəndi ilə yanaşı, Zod kəndi yaxınlığında da baş verib. Ermənistan hərbçilərinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun 3 nəfər hərbi qulluqçusu şəhid olub yaralılar var.

Ümumiyyətlə, son zamanlar düşmən ölkə təxribatlara ara vermir. Belə ki, Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan bir müddətdir ki, sərsəm bəyanatlar səsləndirir Azərbaycanı ittiham etməyə çalışırlar. Ardınca isə Xankəndidəki erməni xunta rejimi dərhal fəallaşır, "Artsax"ın mübarizəsindən dəm vurur, "blokada"dan şikayətlənir. Şübhəsiz ki, bu cəhdlər Ermənistan iqtidarının müstəqil olmadığının başqaları tərəfindən idarə edildiyinin göstəricisidir. Faktiki olaraq sülh gündəliyindən yayınan məhz rəsmi İrəvandır. Əslində, erməni tərəfinin son açıqlamaları yeni təxribatların insidentlərin olacağına işarə idi. Azərbaycanlı analitiklərin qənaəti belədir ki, Ermənistan vəziyyəti ağırlaşdırmaq, özlərini "hücuma məruz qalmış tərəf" qismində göstərməyə çalışmaqla yekun sülh müqaviləsinin imzalanması prosesini mümkün qədər ləngitmək, danışıqlarda fasilə yaradaraq Qərblə yeni sövdələşməyə başlamaq fikrindədir. Görünən odur ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra əsas vasitəçi danışıqların moderatoruna çevrilmək istəyən Rusiya Federasiyası sonradan mövqelərini əhəmiyyətli dərəcədə zəiflətsə , Ermənistanın onu danışıqlardan mümkün qədər uzaqlaşdırmaq cəhdləri daha çox hiss olunur. Ermənilər bölgədəki gərginliyə Fransanı, İranı Avropa İttifaqını cəlb etmək üçün bütün qüvvələrini səfərbər ediblər. Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdikləri təxribat Paşinyan hökumətinin reallığı qəbul etmədiyini hələ xülyalardan ayılmadığını göstərir. Əgər şərti sərhəddə hərbi əməliyyatlar intensiv xarakter alsa, sözsüz ki, Ermənistanı quyunun dibinə salan cəhənnəm gözləyir. Əslində, Rusiya ilə qardaşlığa erməni həyasızlığı ilə tüpürən Paşinyan iqtidarını dingildədən Avropa İttifaqının Ermənistana yolladığı "müşahidə-monitorinq missiyası"dır. Haqlı sual yaranır, bəs Ermənistanın 30 illik işğalı zamanı həmin Avropa İttifaqı harada idi?! Əcnəbi yerli siyasi şərhçilərin fikrinə görə, Ermənistanın hərbi-siyasi hakimiyyəti vaxtı uzatmağa çalışır. Baş nazir Nikol Paşinyan onun komandası regional reallığın dəyişəcəyinə, hansısa "çətirlərə" ümid bəsləyir. Amma bu, tamamilə absurddur. Çünki Vətən müharibəsindəki qələbədən sonra Cənubi Qafqazda yeni reallıqları diktə edən siyasi aktor məhz rəsmi Bakıdır.

Bu adi həqiqəti başa düşmək istəməyən Ermənistan hakimiyyətinin son zamanlar ritorikanı sərtləşdirməsi, irəli sürülən bütün təşəbbüsləri bloklamaq cəhdi, Azərbaycana qarşı əsassız iddialar irəli sürməsi bir daha onu göstərir ki, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi onları cəsarətləndirib. Yəni onlara qorxma deyən olduğu üçün Ermənistanın siyasi hərbi rəhbərliyi daha iddialı bəyanatlar verməyə başlayıb. Sülh danışıqları Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri unudaraq təxribatlar törətməyə, bölgədə gərginliyi artırmağa, heç olmasa bir neçə metr torpaq qaytarmaq iddiasına ümid bəsləyən düşmən ölkə odla oynadığının fərqində deyil haylar heç uzaq olmayan tarixin ibrət dərsindən nəticə çıxarmayıblar. Odur ki, əminliklə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Ermənistan növbəti təxribatına cinayətinə görə mütləq cavab verəcək, özü ağır şəkildə. Azərbaycan Ordusu bu xain təxribatları Ermənistana heç zaman bağışlamayacaq.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginliklə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Bu kimi hərbi təxribatlar, eyni zamanda siyasi təhrikçi addımlarla bəyanatlarla müşayiət olunur. Ermənistanın beynəlxalq hüququn norma prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki ölkəmizin ərazi bütövlüyünü suverenliyini pozur, eyni zamanda regional sülh təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Düşmənin bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli qınanılmalıdır. Təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür bundan sonra da görəcəkdir. Bir daha bəyan edirik ki, törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Salman ALIOĞLU,

"Respublika".