Postmüharibə dövründə sosial dəstək
Sosial həyat

Postmüharibə dövründə sosial dəstək

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bir il bundan əvvəl Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq uğurlu hərbi əməliyyatlar keçirməklə möhtəşəm Zəfər qazandı və 30 ilə yaxın işğal altında qalmış doğma torpaqlarımızı azad etdi. Müharibədən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər, erməni terrorundan zərərçəkənlərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.

Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri bu günədək şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərərçəkənlərdən ibarət 30 minədək şəxsi əhatə edib, onlara 37 min istiqamətdə xidmət göstərilib.

"Respublika".