Pakistan ombudsmanının müşaviri: Azərbaycanla münasibətlərimizə görə Ermənistanı dövlət kimi tanımırıq
MÜSAHİBƏLƏR

Pakistan ombudsmanının müşaviri: Azərbaycanla münasibətlərimizə görə Ermənistanı dövlət kimi tanımırıq

Azərbaycanla olan sıx münasibətlərimizə görə bu günədək Ermənistanı dövlət kimi tanımırıq. Biz torpaqlarını işğaldan azad etdiyi üçün Azərbaycan xalqı və ordusu ilə qürur duyuruq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistan ombudsmanının müşaviri Məhəmməd Caved Qani jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir. Müşavir bu qardaşlığın və əməkdaşlığın daha da güclənəcəyinə əminliyini bildirib.

AZƏRTAC