Ötən il noyabrın 11-dən bu günədək 6286 hektar ərazi  mina və partlamamış hərbi sursatlardan təmizlənib
Digər xəbərlər

Ötən il noyabrın 11-dən bu günədək 6286 hektar ərazi  mina və partlamamış hərbi sursatlardan təmizlənib

Ötən il noyabrın 10-dan bu il noyabrın 22-dək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-nə yaxın şəxs həlak olub və ya yaralanıb.

AZƏRTAC xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə keçən il noyabrın 11-dən cari il noyabrın 22-dək ümumilikdə piyada əleyhinə 10 min 455, tank əleyhinə 4640 mina, 12 min 637 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Bu müddətdə ümumilikdə 62 milyon 855 min 782 kvadratmetr (6286 hektar) ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC