Nyu-Yorkda
Mədəniyyət

Nyu-Yorkda "Agdam Delenda est" adlı sərginin açılışı olub

Nyu-Yorkun mərkəzi qalereyalarının birində "Agdam Delenda est" adlı sərginin açılış mərasimi keçirilib. Tədbirdə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgi İtaliyanın məşhur incəsənət xadimi, kurator, fotoqraf Fabrisio Konti tərəfindən təşkil edilib. Əsasən Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və işğaldan azad olunmuş digər ərazilərimizin təsvirlərindən ibarət fotolar nümayiş olunub. Həmçinin Fabrisio Kontinin müəllifi olduğu elektron sərgi və 3D elektron tur da nümayiş etdirilir.

Sərgi eləcə də Qarabağın işğal dövründə dağıdılmış, məhv edilmiş muzeylərin, mədəniyyət ocaqlarının dünya ictimaiyyətinə tanıdılması, təbliğatın gücləndirilməsi baxımdan olduqca böyük əhəmiyyət daşıyır.

AZƏRTAC