Mustafa Şentop: Əminəm ki, aramızdakı dostluq və qardaşlıq daha da möhkəmlənəcək
MÜSAHİBƏLƏR

Mustafa Şentop: Əminəm ki, aramızdakı dostluq və qardaşlıq daha da möhkəmlənəcək

Azərbaycan-Pakistan-Türkiyə arasında güclü bağlılıq mexanizmi var. Bu mexanizm gələcəkdə daha da inkişaf etdiriləcək. Vətən müharibəsində Türkiyə açıq şəkildə Azərbaycanın yanında yer aldı. Ermənistan öz davranışları ilə bölgədə təhlükə yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop iyulun 28-də keçirdiyi mətbuat konfransında deyib. “Bu üç dövlət arasında dostluğu daha da təşkilatlandırmaq üçün Bakıda toplaşmışıq. Əminəm ki, aramızdakı dostluq, qardaşlıq daha da möhkəmlənəcək”, - deyə TBMM-nin sədri qeyd edib.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir. Bu sənəd qardaş dövlətlərimiz arasında, eyni zamanda, yol xəritəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop iyulun 28-də keçirdiyi mətbuat konfransında deyib. “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin daha da inkişafına böyük töhfə verəcək. Bu baxımdan sənədin böyük tarixi əhəmiyyəti var”, - deyə TBMM-in sədri qeyd edib.

Ermənistan törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır

Ermənistanın təcavüzkar siyasəti yeni deyil. Biz bu siyasəti həmişə müşahidə etmişik. Son günlər Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar da bunun bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop iyulun 28-də keçirdiyi mətbuat konfransında deyib. “Bu kimi davranışlar davam etdiyi müddətdə bölgədə sülhün bərqərar olması mümkün deyil. Buna görə də Ermənistan öz hərəkətlərini yenidən nəzərdən keçirməli və törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır”, - deyə TBMM-in sədri qeyd edib.

Azərbaycan-Türkiyə-Pakistan dostluğu böyük gələcək vəd edir

Azərbaycan-Türkiyə-Pakistan dostluğu hansısa ölkələrə qarşı yönəlməyib. Bu dostluq mexanizmi böyük gələcək vəd edir. Bunun, həmçinin böyük iqtisadi töhfələri olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop iyulun 28-də keçirdiyi mətbuat konfransında deyib. “Türkiyənin Azərbaycanın yanında olması təkcə Vətən müharibəsi ilə bağlı deyil. Biz hər zaman qardaş ölkəmizə dəstək vermişik və buna davam edəcəyik”, - deyə TBMM-in sədri qeyd edib.

AZƏRTAC