Digər xəbərlər

"Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni"

Mayın 5- Azərbaycan Respublikası Memarlar İttifaqı, Azərbaycan Memarlıq İnşaat Universiteti Beynəlxalq Memarlıq Akademiyasının Bakı Akademik Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin Dövlət Şəhərsalma Arxitektura Komitəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni" mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər məzarları üzərinə əklillər gül dəstələri qoyublar.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov respublikanın tanınmış memarları iştirak ediblər.

Konfrans iştirakçıları qonaqlar əvvəlcə "Four Seasons" otelinin foyesində təşkil edilmiş "Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni" adlı sərgi ilə tanış olublar.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı açan Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Beynəlxalq Memarlıq Akademiyasının Bakı Akademik Mərkəzinin rəhbəri Elbay Qasımzadə tədbirin müstəsna əhəmiyyətini vurğulayaraq, ən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

"Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni" adlı məruzə ilə çıxış edən E.Qasımzadə Heydər Əliyevin memarlıq sənətinin təbliğində inkişafında böyük rolunu vurğulayıb: "1993- ildə xalq tərəfindən dəvət olunmuş Ulu Öndər Azərbaycanı vətəndaş müharibəsindən, ölkənin bölünməsi təhlükəsindən, siyasi iqtisadi böhrandan qurtardı. Onun şəxsi nüfuzuna, mətinliyinə, uzaqgörənliyinə cəsarətinə görə xaricdən olan təzyiqlər zərərsizləşdirildi Azərbaycanda quruculuq işləri başlandı. Azərbaycan memarlığı yeni intibah dövrünü yaşadı. Azərbaycana rəhbərliyi illərində Ulu Öndər Heydər Əliyev memarlar qarşısında milli memarlıq irsi elementlərini tətbiq etmək tələbini qoymuşdu".

Memarlar İttifaqının İdarə Heyətinin sədri deyib ki, milli memarlığı dərindən bilən, ona böyük hörmətlə yanaşan Ümummilli Lider partiya iyerarxiyasında ən yüksək rütbədə olmasına baxmayaraq, sovet ideologiyasına zidd addım ataraq memarlıq nümunələrimizdə milli elementlərdən istifadə etmək tapşırığını vermişdi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti dövründə bir sıra əhəmiyyətli ictimai binalar inşa olunub, mənzil tikintisi sahəsində inqilabi dəyişikliklər baş verib.

Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri Anar Quliyev Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikada şəhərsalma memarlıq sahəsinin keyfiyyətcə yeni erasının başlandığını Ulu Öndərin bu sahədə siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin işğaldan azad edilmiş əraziləri daxil olmaqla bütün regionlarında şəhərsalmanın planlı sistemli aparıldığını, milli memarlığın zəngin ənənələr əsasında müasir tələblər qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla inkişaf etdirildiyini bildirib.

Daha sonra Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru, Azərbaycan Memarlar İttifaqının 1-ci katibi Gülçöhrə Məmmədovanın "Heydər Əliyev Azərbaycanda memarlıq fəaliyyəti", Dövlət Şəhərsalma Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatovun "Azərbaycan memarlığında şəhərsalmasında Heydər Əliyevin rolu" mövzusunda məruzələri dinlənilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova isə "Heydər Əliyev Azərbaycanın mədəni irsi" mövzusunda çıxış edib. Məruzə Ümummilli Liderin memarlıq sənətinə göstərdiyi diqqət qayğını əks etdirən slaydlarla müşayiət olunub.

Konfransda, həmçinin Azərbaycan Memarlıq İnşaat Universitetinin dosenti Şəhla Qəhrəmanovanın "Azərbaycanın müasir şəhərsalması Heydər Əliyevin sosial siyasətinin davamı kimi", professor Rayihə Amənzadənin "1970-80-ci illərdə Azərbaycan memarlığının inkişafı", dosent Nərmin Yusiflinin "Müasir şəhərin ictimai məkanlarının inkişaf xüsusiyyətləri", doktorant Şeyda Novruzzadənin "Dağlıq Şirvan iqtisadi rayonunun şəhər yaşayış məntəqələrinin inkişafının sosial-mədəni problemləri", Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Rüfət Ağazadənin "Müasir Azərbaycan tarixinin memarı", Bakı Şəhər Memarlıq Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərlinin "Tarixi mərkəzləri olan şəhərlərdə şəhərsalma çağırışları məqsədləri", doktorant Nahidə Zeynalovanın "Azərbaycanın müasir şəhərsalmasında modern informasiya sistemlərinin təşkili" mövzularında məruzələri maraqla qarşılanıb.

Ülvi QARAYEV,

Respublika”.