Mövcud problemlər müzakirə olunaraq həllini tapdı
Region

Mövcud problemlər müzakirə olunaraq həllini tapdı

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonun Genişkənd kəndinin sakinləri ilə görüşdü. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanları və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamladı, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verdi.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Sabir Bədəlov, Allahverdi Rzayev, Teyyub Quliyev və başqaları kəndlərinin mövcud problemlərindən danışıb, problemlərin aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə fikir və mülahizələrini bildirdilər.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verdi.

T.YADULLAOĞLU,

"Respublika".