Ramazan mənəvi paklıq, mərhəmət ayıdır
Region

Ramazan mənəvi paklıq, mərhəmət ayıdır

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sun City Naftalan” Müalicə Mərkəzində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

Mərasimdə şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları, müharibə əlilləri, həmçinin yerli və xarici qonaqlar iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ramazan mənəvi paklıq, mərhəmət və şəfqət ayı, on bir ayın sultanıdır. 

Mərasim "Qurani Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə davam etdirilib. Şəhid ailələri və qazilər dövlət başçısı tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan məmnunluqlarını bildiriblər.

Qardaş Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu tərəfindən nəfis tərtibatlı müqəddəs "Qurani Kərim" kitabı qonaqlara hədiyyə olunub.

Zabit XƏLİLOV,

“Respublika”.