Miqrasiya proseslərinin tənzimlənmə məsələləri müzakirə edilib
Digər xəbərlər

Miqrasiya proseslərinin tənzimlənmə məsələləri müzakirə edilib

Ombudsman Səbinə Əliyeva Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə rəhbəri Radim Jak və təşkilatın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova ilə görüşüb.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, qonaqları salamlayan Ombudsman Səbinə Əliyeva miqrasiya proseslərinin tənzimlənməsində insan hüquqları və azadlıqlarının qorunması sahəsində beynəlxalq təşkilatlarla və digər tərəfdaşlarla, o cümlədən MSİBM ilə əməkdaşlığa xüsusi önəm verdiyini, iki qurum arasında mövcud əlaqələrin genişləndiyini bildirib. Xüsusilə Ombudsman Aparatının tərəfdaş olduğu "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE 2)" layihəsi çərçivəsində davam edən tədbirləri yüksək qiymətləndirib.

MSİBM-in Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə rəhbəri Radim Jak həyata keçirilən birgə işlərdən, səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.

Görüşdə miqrasiyanın müxtəlif aspektləri üzrə gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

"Respublika".